"AzPolitika.info" saytı 10 il il əvvəl – 2012-ci il aprelində Azərbaycanın informasiya məkanında ənənəvi çap mediasının, televiziya və radio kanallarının hələ də dominant olduğu dövrdə yaranıb.
Bu, həmin dövr idi ki, media üçün intibah dövrü sayılan 90-cı illərdən Azərbaycan mətbuatında tanınmağa başlayan imzalar informasiya texnologiyalarının media sektorunda formalaşdırdığı yeni çağırışları qızğın müzakirə edirdi. Yeni reallıqlar cəmiyyət üçün lazımlı məlumatların çevik, operativ emalını və yayımını diqtə edirdi. Çünki sosial şəbəkələrin populyarlaşması, smartfonların, mobil internetin sürətli inkişafı insanların məlumatlara əlçatımlılığını dəfələrlə artırmaqla yanaşı onların özünü də informasiya yayımçısına çevirmişdi. Yəni rəqabət xeyli güclənməkdə idi və belə bir mühitdə print-media ilə uğur qazanmaq artıq mümkün deyildi.
Bu gün Azərbaycan informasiya məkanının geniş oxucu auditoriyasına, inam və etibarına sahib olan "AzPolitika.info" yeni dövrün çağırışlarını ilk qəbul edən resurslardandır. Keçən on ildə Azərbaycanda minlərlə sayt, portal təsis olunub, çalışıb, amma onların əksəriyyəti cəmiyyətin, oxucunun tələbatına cavab verə bilmədiyinə görə davam gətirə bilməyib. Çünki hazırkı informasiya bolluğu internet resursları üçün başlıca rəqibdir, ondan sonra digər rəqiblər gəlir. Bu məkanda ayaqda durmağın başlıca şərti oxucunun etibarı və inamıdır, qalan şərtlər onun ətrafında formalaşır və biri-birini tamamlayır.
Hər günün 20 saatı xəbər istehsal edən, təhlillər, jurnalist araşdırmaları, reportajlar hazırlayan və yayan "AzPolitika.info" minlərlə oxucu tərəfindən vərəqlənir. Bu zəhmətin qarşılığı kimi saytın şərh bölməsinə yazılan yüzlərlə şərhləri görmək, oxucu zənglərinə cavab vermək, ardı-arası kəsilməyən şikayət məktublarında qaldırlan problemləri araşdırıb dərc etmək, həllinə nail olmaq redaksiya kollektivinə mənəvi zövq verir.
"AzPolitika.info" cəmiyyət qarşısında bu missiyanı daha böyük şövqlə, əzmlə davam etdirmək niyyətindədir.


Şərhlər
Yubileyinizi təbrik edirəm, Qərəzsiz mövqeyinizə görə təşəkkür edirik !
Tebrikler.Ciddi bir xeber saytısinız.Bele də davam edin.
Azpolitika sizin mğvqeyinizdən baş çıxarmaq qeyri-mümkündür. Belə ki, Şəkifdən təyin olunmuş deputat vüqar İsgəndərov haqqında tənqidi mövzular çap edirsiniz , gahda tərifləyirsiniz ?
Təbrik edirəm.Arzu edirəm yüz yaşınızı qeyd edəsiniz.
10 illik yubileyinizi ürəkdən təbrik edirik! İnşaallah 50 illik yubileyinizi qeyd edəsiniz! Bütün jurnalistləri, əməkdaşları və rəhbərliyi bir daha təbrik edir və sayia uzun ömr arzu edirik inşaallah!
Nələlik "Azpolitika.info" saytı mövqeyini qoruyur.Amma elə bu saytın bir gündəlik qəzetini də yaratmaq olar.Əməkdaşlar savadlıdır,yazılara qarşı iddiasızdırlar.Yəni,kiminsə maliyyə dəstəyi ilə işləmirlər.Uğurlar olsun!
Tebrik edirem. Sukani bele saxlayin.
Təbrik edirəm. Sizin sayt vasitəsi ilə ölkəmizdə və dünyada baş verən olaylar barədə dəqiq məlumatlar ala bilirik. Budur Sizə oxucu sevgisi qazandıran.Bu yolda uğurlarınız bol olsun.
Təbrik edirik, səsiniz daim zirvələrdən gəlsin! Azad, ədalətli, demokratik Azərbaycan naminə, irəli!
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, xalqımızın maddi-mənəvi sərvətlərinin təbliğində və qorunmasında önəmli xidmətləri olan dəyərli “Azpolitika.info” kollektvini 10 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, böyük yaradıcılıq uğurları diləyirəm. 10 yaşınız mübarək!
Təbiklər!
İyi ki vatsınız !
Yubileyinizi təbrik edirəm. Yalnız Sizin saytı oxuyuram. Qərəzsiz mövqeyinizə görə təşəkkürümü bildirirəm.
ALLAH SİZİ VAR ELƏSİN!
ALLAH SİZİ XƏTADAN BƏLADAN UZAQ ELƏSİN!
Saytınız Məmləkətdə öncüldür. Təbrik edirəm yubileyinizi. Adminləriniz siyasi yönümlü olmasa lap yaxşı olar.