Menu

“LİSSABONDAN VLADİVASTOKA QƏDƏR...” - Medvedev Rusiyanın məqsədini açıqladı

05.04.2022, 20:04
“LİSSABONDAN VLADİVASTOKA QƏDƏR...” - Medvedev Rusiyanın məqsədini açıqladı

“Rusiyanın məqəsədi Lissabondan Vladivastoka qədər açıq Avrasiya qurmaqdır – həmçinin, ukraynalıların özlərinin sakitliyi üçün”.

“AzPolitika.info” “TASS” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın sabiq prezidenti və hazırkı Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bəyan edib.

Medvedev deyib ki, Rusiya Ukraynanın “denasifikasiyası” və “demilitiarizasiyası”ndan vaz keçmək fikrində deyil: “Bu çətin tapşırıqlar bir anda yerinə yetirilmir və onlar təkcə döyüş meydanında həll olunmur”.

O, qeyd edib ki, Ukrayna guya “mental olaraq üçüncü Reyxə çevrilib” və onun da sonu faşist Almaniyasının sonu kimi olacaq.

Medvedev deyib ki, Rusiya ukraynalıların düşüncəsində dəyişiklik etmək fikrindədir.

Putinin yaxın dostu Ukraynanı yenə hədələyib və onun dövlət, millət kimi mövcudluğunu sual altına alıb: “Dərin ukraynaçılıq böyük bir feykdir, hansı ki, tarixdə heç zaman olmayıb və indi də mövcud deyil”.

Göründüyü kimi, bu açıqlamalar bir daha heç bir beynəlxalq hüquqa, müasir sivil beynəlxalq münasibətlərə sığmayan və suveren bir dövləti, xalqı təhdid edən fikir və davranışların birbaşa Kreml tərəfindən formalaşdırıldığını təsdiqləyir.

Xatırladaq ki, iki gün öncə “RİA-Novosti” agentliyi eyni tezislər əsasında yazılmış “Rusiya Ukrayna ilə nə etməlidir” başlıqlı açıq faşizm elementləri olan və Ukrayna xalqına qarşı işğala, cinayətlərə, qətliamlara haqq qazandıran məqalə yayımlamışdı. Həmin məqalə Ukrayna tərəfinin və Qərb siyasətçilərinin etirazı ilə qarşılanıb.

“AzPolitika.info”  

Şərhlər

Elmira 2022-04-06 08:52:36

Rusiya gərək Moskvada qalıb, sıxılsın!

TT 2022-04-05 23:39:46

Sen ôlesen medvedsen nesen !!!

korrektor 2022-04-05 21:23:57

bu 1941-1945 müharibəsi putinin və bütün millətçilərin başını xarab elədi!

TARIX 2022-04-05 16:20:31

RUSİYANI NECƏ BİABIR EDİRLƏR.

Türk Turan 2022-04-05 15:52:45

İnsanlıqdan bixəbər, qalstuklu terrorçular. Allah sizə lənət eləsin. Allah Ukraynaya kömək olsun!

Eli 2022-04-05 13:52:59

Bu alkaşsifet göresen özüne bir sual verir ki niye bptün dünya dövletleri Rusiya be rusları başda cellad ,qesbkar Putin olmaqla qebul etmirler.Boş boş danıışmaqla donuz darıdan çuxan deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol