Menu

“Ukraynadakı münaqişə uzunmüddətli olacaq” - ABŞ generalı

06.04.2022, 01:46
“Ukraynadakı münaqişə uzunmüddətli olacaq” - ABŞ generalı

“Ukraynadakı münaqişə uzunmüddətli olacaq”.

“Report” xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.

O, iddia edir ki, ABŞ-la müttəfiqləri və NATO tərəfdaşları Ukraynada baş verənlərə uzun müddət cəlb ediləcəklər.

Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan demişdi ki, Ukrayna münaqişəsinin növbəti mərhələsi aylarla və ya daha uzun müddət davam edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol