Menu

"Bəziləri özlərini sanki toxunulmaz elan edib" - DİN rəsmisi

06.04.2022, 10:40
"Bəziləri özlərini sanki toxunulmaz elan edib" - DİN rəsmisi

"Bəziləri özlərini sanki toxunulmaz elan edib".

"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev feysbuk paylaşımında qeyd edib.

"Postmodernizm budur? Yeni dəb düşüb, başqa formada... Qayda pozuntusuna görə polisin qanuni tədbir görməsindən qeyzlənib sosial şəbəkələrdə post, yaxud rəylər yazırlar. Hətta müraciətlər edilir ki, şəxsi avtomobilləri "xüsusi" işarələnməli, həmin avtomobillərə "xüsusi təyinatlı buraxılış" verilməlidir ki, polis onları dayandırmasın, radara düşməsinlər. İzah edir ki, "axı, mən filankəsəm...", - o vurğulayıb.

Şərhlər

Zakir 2022-04-06 10:48:04

Bakıda taksilər sanki xüsusi statusa malikdirlər.Necə gəldi maşın sürürlər, necə gəldi maşın saxlayırlar. Çox qəribəfir ki, Yol polidi də buna göz yumur. Konkret Yeganə şadlıq sarayının yanında oşıqfor yanlarında taksilər gediş-gəlişə açıq maniə törədirlər, necə gəldi maşın saxlayırlar.Nəzərə alsaq ki, həmin ərazidə daima Yol polis və onlara heçnə demirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol