Menu

Rusiya Ali Məhkəməsi Sergey Kirovun qətlində təqsirləndirilən 3 nəfərə bəraət verib

06.04.2022, 12:50
Rusiya Ali Məhkəməsi Sergey Kirovun qətlində təqsirləndirilən 3 nəfərə bəraət verib

Rusiya Ali Məhkəməsi məşhur bolşevik Sergey Kirovun qətlinə görə səhlənkarlıqda təqsirli bilinən SSRİ Xalq Daxili İşlər Komissarlığının ("NKVD") üç zabitinə 87 ildən sonra bəraət verib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 23 yanvar 1935-ci il tarixli Meçislav Baltseviç, Andrey Moseviç və Dionisi Yanişevskiyə qarşı çıxardığı hökm cinayət tərkibi olmadığı üçün ləğv edilir. İş üzrə müttəhimlərin bəraət hüququ tanınıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş 1-ci katibi, o zamankı Leninqrad vilayət Komitəsinin birinci katibi, Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü Sergey Kirov 1934-cü il dekabrın 1-də Leonid Nikolaev tərəfindən öldürülüb. S.Kirovun qətli SSRİ-də kütləvi repressiyaların başlanması üçün bəhanə olub.

Şərhlər

Buzovnali 2022-04-06 16:22:51

Bu melumat kime qulluq edit ve bu an kime lazimdir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol