Menu

KİYEVDƏ RUSİYA QVARDİYASININ HƏRBİ KARVANI MƏHV EDİLDİ - FOTOLAR

06.04.2022, 21:19
KİYEVDƏ RUSİYA QVARDİYASININ HƏRBİ KARVANI MƏHV EDİLDİ - FOTOLAR

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Kiyev vilayətində avtomat silahlar və ağır pulemyotlar daşıyan Rusiya qvardiyasının hərbi karvanını məhv edib.

Məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti yayıb.

Əməliyyat zamanı yararsız hala düşən avtomobillərdə onların sənədləri tapılıb.

“Bu sənədlər Rusiyanın Ukrayna ərazisində hərbi cinayətlər törətməsinin sübutu kimi beynəl beynəlxalq hərbi trubunala təqdim ediləcək”, - Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatında qeyd olunur.

Mənbə: Obozrevatel.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol