Menu

"Ukraynanı Rusiya üçün Əfqanıstana çevirmək istəyirlər" - Sergey Narışkin

07.04.2022, 13:15
"Ukraynanı Rusiya üçün Əfqanıstana çevirmək istəyirlər" - Sergey Narışkin

“Amerikalı strateqlərin qənaətincə, NATO Ukraynanı Rusiya üçün Əfqanıstana çevirməyə cəhd etməlidir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşəfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

Onun sözlərinə görə, NATO Ukraynanı Rusiya üçün Əfqanıstana çevirmək istəyir: “ABŞ-ın Ukraynanı Rusiya üçün Əfqanıstana oxşar hala gətirməsi strategiyasının uğursuzluğa düçar olduğu açıq-aşkar görünür”.

S.Narişkin deyib ki, ABŞ-ın başlıca işi Ukraynadakı münaqişəni maksimum uzatmaqdır: “Xüsusi hərbi əməliyyat Ukraynanın rusofob marionet dövlətə çevrilməsi cəhdinə son qoyacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol