Menu

ABŞ Rusiyanın bəzi vətəndaşlarına və müəssisələrinə yeni sanksiyalar tətbiq edib

08.04.2022, 10:31
ABŞ Rusiyanın bəzi vətəndaşlarına və müəssisələrinə yeni sanksiyalar tətbiq edib

ABŞ-ın Maliyyə Nazirliyi Rusiya Federasiyasının səkkiz fiziki şəxsini və 30-a yaxın strukturuna qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyi məlumat yayıb.

Maliyyə Nazirliyi sanksiyalara məruz qalan “Alrosa” aviaşirkəti ilə əməliyyatları başa çatdırmaq üçün mayın 7-i son tarix kimi müəyyənləşdirib.

Birləşmiş Ştatlar sanksiya siyahısına həmçinin “Admiralteyskiye verfi”, “Yantar” gəmiqayırma zavodları və bir sıra digər bu kimi müəssisələrin adlarını salıb.

ABŞ həmçinin “Almaz”, “Rubin” və “Baltik zavodu” konstruktor bürolarına da sanksiyalar tətbiq edib.

Eyni zamanda “Poltavçenko və Raxmanov” Birləşmiş Gəmiqayırma Korporasiyası rəhbərlərinin adları da sanksiya siyahısına salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol