Menu

İstanbulda silah anbarında partlayış olub - FOTO/VİDEO

08.04.2022, 11:32
İstanbulda silah anbarında partlayış olub - FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərində Quru Qoşunları Komandanlığının Tuzla Piyada Məktəbi kampusunda partlayış baş verib. Hadisə yerli vaxtla gecə saat 02:00 (Bakı vaxtı ilə gecə saat 01:00) radələrində 41-ci Texniki Xidmət və Təmir Departamentinin Ar-Ge bölməsində silah-sursat anbarında baş verib, bunun ardınca yanğın başlayıb.

İstanbulun bir çox yerində eşidilən partlayış səsləri narahatlıq doğurub. Yanğınsöndürənlərin səyi ilə yanğın təxminən bir saat ərzində nəzarətə götürülüb.

Partlayışın səbəbi araşdırılır.

Türkiyənin Milli Müdafiə Nazirliyi hadisə nəticəsində ölən və yaralananın olmadığını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol