Menu

Rusiya və Ermənistan XİN başçıları üçtərəfli bəyanatların icrasını müzakirə edib

08.04.2022, 14:44
Rusiya və Ermənistan XİN başçıları üçtərəfli bəyanatların icrasını müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyanın görüşündə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatların icrası vəziyyəti müzakirə olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, S.Lavrov üçtərəfli bəyanatların müddəalarının icrasının, o cümlədən Qarabağda sülhməramlıların fəaliyyətinin davam edəcəyini bildirib.

Diplomatlar, həmçinin MDB, Avrasiya İqtisadiİittifaqı və KTMT daxilində əməkdaşlığın perspektivlərini müzakirə eidblər.

“İndi Ermənistan KTMT-yə sədrlik edir. Ona görə də bizim öz davranışlarımızı Ermənistanın bu təşkilatın üzvlərinə təqdim etdiyi planlarla müqayisə etməyimiz vacibdir”, - S.Lavrov söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol