Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr müəyyən edilib.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu imzalaması ilə mümkün olub.
Dəyişikliyə əsasən, həmin pozuntulara görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.
Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minəcək.


Şərhlər
Bu dövlət cərimələrdən başqa bir şey tətbiq edə bilmir. Əvvəlcə insanların necə acınacaqlı vəziyyətdə yaşadığına, hansı problemlər qarşısında aciz qaldığına diqqət etmək lazımdır. Üç-beş manat maaş, təqaüd artırılan kimi cərimələrin sayı, miqdarı tavana qalxır. Allah zalımların belini qırsın! Amin!
bu da pul yığmaq üçün təzə hoqqanızdır? pul yoxdur əl çəkin camaatdan!
Azəriqaz düşəcək qapı-qapı, hər şeyə bir bəhanə tapıb cərimələri yükləyəcək boynumuza.
Boş oturmurlar, bütün günü fikirləşirlər - xalqı necə soyaq?