Menu

Tarixçi-etnoqraf Teymur Bünyadov vəfat edib

08.04.2022, 23:30
Tarixçi-etnoqraf Teymur Bünyadov vəfat edib

Azərbaycan elminə ağır itki üz verib.

"Report" xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu məlumat yayıb.

Tarixçi-etnoqraf, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri, “Şöhrət” və “Şərəf” ordenləri laureatı Teymur Bünyadov bu gün axşam saatlarında 94 yaşında vəfat edib.

Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində doğulub. O, Azərbaycan arxeologiya və etnoqrafiya elminə aid 29 monoqrafiyanın, 1000-ə yaxın məqalənin müəllifidir. Akademik T.Bünyadovun əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda - Türkiyə, İran, Rusiya, Ukrayna, Norveç kimi ölkələrdə də çap edilib.

Allah rəhmət eləsin!

Şərhlər

Həsən 2022-04-09 07:22:20

ALLAH rəhmət eləsin

Eldar Qazaxlı 2022-04-09 04:48:49

ALLAH RƏHMƏT ELƏSİN. Məkanı cənnət olsun.

Gəncə 2022-04-08 23:35:56

Allah Rəhmət Eləsin !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol