Menu

Ukraynadakı rus ordusuna yeni komandan təyin edilib

09.04.2022, 21:00
Ukraynadakı rus ordusuna yeni komandan təyin edilib

45 gündür davam edən müharibədə ciddi irəliləyişə nail ola bilməyən Rusiyanın Ukraynadakı ordusuna yeni komanan təyin edilıb.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, Ukraynadakı rus ordusuna Cənub Hərbi Dairəsinin komandanı, general Aleksandr Dvornikov başçılıq edəcək.

Məlumatda qeyd olunur ki, Dvornikov Suriyadakı döyüşlərdə də iştirak edib. 

Həmçinin dünən Kramatorsk şəhərində 50-dən çox insanın həyatını itirdiyi qatar stansiyasına hücum əmrinin məhz Dvornikov tərəfindən verildiyi iddia olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol