Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Ukrayna iqtisadiyyatının sabitləşdirilməsinə kömək üçün idarə olunan xüsusi hesabın yaradılmasını bəyən edib.
Bu barədə Fondun saytında deyilir.
Bundan əvvəl Ukrayna Milli Bankı bəyan etmişdi ki, G7 ölkələri tərəfindən maliyyələşdirilən və BVF tərəfindən idarə olunan xüsusi hesabın yaradılması barədə danışıq aparır.
«BVF üzv-dövlətlərinin sifarişi əsasında İcraiyyə Şurası bu gün Ukrayna üçün idarə olunan hesabın yaradılmasını bəyənib və bununla da donorların Ukraynaya kömək üçün etibarlı instrumentlə təmin olunmasını həll edib» - bəyanatda deyilir.
Relizə əsasən, bu hesab Kiyevə ehtiyat valyutalarda və ya xüsusi hüquqla borc alma üzrə qrantlar və kreditlər yönəltmək üçün donorlara imkan yaradacaq. Bu vəsaitlər xüsusi hesab üzərindən Ukraynanın BVF-dakı hesabına köçürüləcək.
AzPolitika.info


Şərhlər