Aprelin 5-də ABŞ Xəzinədarlığı Rusiyanın ABŞ maliyyə institutlarındakı hesablardan hökumət borclarını ödəməsini bloklaması defolt təhlükəsi yaradıb. Rusiya bundan sonra həmin vəsaitlərdən öz borclarını ödəyə bilməyəcəyi ilə yanaşı xarici borcların qaytarılması üçün də istifadə edə bilməyəcək.
Bu qərardan sonra “Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi xarici valyutada öhdəliklər üzrə Rusiya Federasiyasının kredit reytinqini CC/C-dən SD/SD-yə qədər, yəni “seçmə defolt” səviyyəsinə qədər aşağı endirib.
"AzPolitika.info"


Şərhlər