Menu

Ramazan ayının onuncu gününün imsak, iftar və namaz vaxtları – FOTO

11.04.2022, 00:30
Ramazan ayının onuncu gününün imsak, iftar və namaz vaxtları – FOTO

Bu gün Ramazan ayının 10-cu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 11-də imsak vaxtı saat 04:40-da, iftar vaxtı isə 19:29-dadır.

Aprelin 11-i üçün namaz vaxtları:

Sübh azanı 04:45

Günorta (Zöhr) azanı 12:42

İlkindi (Əsr) azanı 17:20

Axşam (Məğrib) azanı 19:29

Gecə ( Yatsı və ya İşa) azanı 20:33

Onuncu günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin”.

Tərcüməsi: “İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”

İftar duası: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol