Menu

AMEA-da bəzi şöbələr ləğv edilib - Yeniləri yaradılıb

11.04.2022, 10:27
AMEA-da bəzi şöbələr ləğv edilib - Yeniləri yaradılıb

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Elmi şurasının son iclasında struktur dəyişiklikləri çərçivəsində şöbə adlarının dəyişdirilməsi və yeni şöbələrin yaradılması haqqında qərar qəbul edilib.

Bu barədə "Report"a AMEA-dan məlumat verilib.

Bildirilib ki, Geotektonika və regional geologiya şöbəsinin adı dəyişdirilərək Dinamiki geologiya, Geotermiya şöbəsinin adı dəyişdirilərək Yer təkində istilik-kütlədaşınma, Seysmologiya, geomaqnetizm və petrofizika şöbəsinin adı dəyişdirilərək Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi adlandırılması qərarı səsə qoyularaq qəbul edilib.

Tədbirdə, həmçinin yeni şöbələrin yaradılmasına da qərar verilib.

Qərara uyğun olaraq Petrologiya, Filiz-maqmatik sistemləri və Metasomatizm və metamorfizm şöbələri birləşdirilməklə onların bazasında Filiz-maqmatik sistemləri və minerageniya şöbəsi, Paleontologiya və stratiqrafiya şöbəsi ləğv edilərək onun bazasında Biotanın təkamülü və geoloji hadisələrin korrelyasiyası şöbəsi, eləcə də ilk dəfə yeni Tətbiqi geotermiya tədqiqatları şöbəsi yaradılıb.

Elmi şurada qəbul olunmuş dəyişikliklərlə bağlı AMEA-nın Yer Elmləri Bölməsi qarşısında vəsatət qaldırılıb.

Şərhlər

Roma 2022-04-11 15:04:06

AMEA-nın 80-90%-i ixtisar olunmalıdır. Belə ki, qalan 10-20% tam bəs edir və məncə düz-əməlli mütəxəssizlərimiz ancaq o qədər olar. Mən adam tanıyıram ki, elmlər doktoru, professordur ancaq iki eşşəyin arpasının bölgüsündə balanslaşdırma apara bilmir...

Tahir 2022-04-11 11:29:14

Son otuz il sübut etdi ki, AMEA adlı qurum büdcə vəsaitlərini dagıtmaq, intriqaların mərkəzi olmaqdan başqa heç nəyə "yaramadı" və ləgv edilməlidir.

Alim 2022-04-11 11:14:12

AMEA-da illər boyu həllini tapmamış sosial problemlərin həll olunacağı gözlənilir. Ona görə ki, AMEA-nın prezidenti bu sahədə böyük təcrübəyə malikdir. O, Xoşqədəm Hidayətqızının sosial problemlər-məişət zorakılığı, boşanmalar və abort üzrə eksperti olub.

Roma 2022-04-11 10:52:24

AMEA-nın Insan Hüquqları İnstitutundan Aytən Mustafayeva deyilən elmdən, hüquqdan xəbəri olmayan, yalançı, "elmlər doktorunu", institutun direktorunu, azad etmək, institutun fəaliyyətini yoxlayıb, korrupsiyanı aşkar edib (buna demək olar ki, 100 % əminəm) Aytəni həbs eləmək lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol