Menu

Rusiya Azərbaycandan 432 tondan çox pomidorun idxalına qadağa qoyub

11.04.2022, 14:38
Rusiya Azərbaycandan 432 tondan çox pomidorun idxalına qadağa qoyub

Azərbaycandan göndərilən 432,5 ton həcmində təzə pomidor Rusiyaya buraxılmayıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") yayıb.

Bildirilir ki, pomidor Rusiya dövlət sərhədində yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsindən göndərilib.

Qadağan olunmuş məhsullar arasında 25 partiyası nəzarətə götürülən məhsullar arasında Azərbaycandan 432,5 ton həcmində təzə pomidor, İrandan isə 129,8 ton həcmində Pekin kələmi, aysberq salatı və kahı olub.

Vurğulanıb ki, bu ilin mart ayında Rusiyaya idxal edilən 65 milyon 919,2 min ton təzə meyvə və tərəvəz məhsullarına nəzarət tədbirləri həyata keçirilib.

Şərhlər

GƏNCƏ 2022-04-13 14:46:22

Satın yerli camaata.Onsuzda 3 manat ətrafında satılır.Bir az da ucuzlaşar.

Vuqar Memmed.oglu 2022-04-11 15:25:05

Rusiya bu yolla o ölkələrə (öz aləmində) öz siyasi etirazlarını bildirirlər

Bəhrami 2022-04-11 15:03:33

RF ərazisi Azərbaycandan neçə dəfə böyük, münbit, bol sulu, dəfələrlə ucuz digər məhsuldar vasitələr! Taxılımız, çuğundurumuz mallar üçün boluna becərilmir? Nədə torpağımızı boşuna zəhərləyirsiniz? Özünə umac yapa bilməyənin, şeytana əriştə doğrayıb, əlavə pul qazanmaq cəhdi deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol