Menu

Kansler Putinlə görüşdən məyus ayrılıb – “Müharibəni davam etdirməkdə qərarlıdır”

12.04.2022, 13:11
Kansler Putinlə görüşdən məyus ayrılıb – “Müharibəni davam etdirməkdə qərarlıdır”

Avstriya kansleri Karl Nehammer Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Moskvaya səfər edərək Kreml rəhbəri Vladimir Putinlə bir araya gəlib. Bu görüş haqqında mətbuata əvvəldən informasiya verilməyib. Eyni zamanda müharibənin dayandırılması üçün növbəti vasitəçilik cəhdi də adlandırılmayıb. 

Almaniyanın “Krone Zeitung” qəzetinin görüşlə bağlı yaydığı məlumata görə, kanslerin səfəri “dostluq xarakteri” daşımayıb. Nehammer özü bir saatlıq görüşü çox sərt və açıq söhbət kimi qiymətləndirib: "Mən Buçada və başqa yerlərdə törədilmiş müharibə cinayətlərini qeyd etdim və bildirdim ki, bunlar üçün məsuliyyət daşıyanların hamısı məhkəmə qarşısına çıxarılmalıdır”.

Nehammerin bəyanatında deyilir ki, o Putinə Ukraynada insanların ölməsi davam etdikcə Rusiyanın üzərindəki sanksiyaların qalacağını və daha da sərtləşdiriləcəyini deyib. Kansler habelə Putinə Ukraynada dinc əhali üçün təcili qaydada dəhlizlərin açılmalı olduğunu bildirib: "Mən bu söhbət barədə avropalı partnyorlarımızı məlumatlandıracağam”.

Karl Nehammer qeyd edib ki, Putin Zelenski ilə birbaşa müzakirələr aparmaq təklifini də cavabsız qoyub. O, Rusiya rəhbərinin olduqca pessimisit və müharibənin davam etdirilməsində qərarlı göründüyünü vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Eli 2022-04-12 13:25:44

Fransiz mehkemede arvadının boşanması prosesinde ifade verir ve hakim ondan niye boşandığını soruşur,ise cavabında çıx medenidir deyir.Hakim bunun neyi pisdir ki bu ki çıx gmzeldir medeni olmaq.İddiaçı cavabında:başa düşürsüz o her şeyi çengelle götürür sonra eline alır.İndi bu medeni Avropalılar Putini çetin ki ,başa sala bilsinler.Putini bala salmaq üçün ya Hitler,ta da Stalin lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol