Menu

“Buça faciəsini ingilislər törədib” - Lukaşenko

12.04.2022, 17:03
“Buça faciəsini ingilislər törədib” - Lukaşenko

“İngilislər Buçada xüsusi əməliyyat, psixoloji əməliyyat keçiriblər”.

“Report” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra brifinqdə söyləyib.

Onun sözlərinə görə, bu “xüsusi əməliyyat”da iştirak edənlərin avtomobil nömrələri, onların markalarını Rusiyanın Federal Təhlükəsizlik Xidməti təqdim edə bilər.

Xatırladaq ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib.

Şərhlər

Eli 2022-04-12 18:14:04

Bu da milletin bedbextliyidir ki Pultin,Lukaşenko kimi “adamlar” onların rehberidir.

Eli 2022-04-12 18:01:07

Eger ABŞ ,Qerbi Avropa ve diger ölkeler Putinin nazı ile oynasalar o hele çox oyunlardan çıxacaq....

TARIX 2022-04-12 17:19:06

BU LAP 1990-CI İLİN YAVARINDA AZƏRBAYCANA XALQINA ATILAN İFTİRALARA BƏNZƏYİR.ALLAH BƏLANI VERSİN PUTİN.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol