Menu

“Buçadakı hadisə feykdir, Suriyadakı feykin eynisidir” - Putin

12.04.2022, 18:04
“Buçadakı hadisə feykdir, Suriyadakı feykin eynisidir” - Putin

“Belarus Prezidenti Aleksandr Lukaşenko Buçadakı təxribatla bağlı sənədləri təqdim edib”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O, Buçadakı hadisənin saxta olduğunu qeyd edib.

Putin Suriyada da oxşar təxribatların törədildiyini xatırladıb: “Prezident Bəşər Əsədi kimyəvi silahdan istifadə etməkdə ittiham edərək oxşar təxribat törədilmişdi. Sonra məlum oldu ki, bu feykdir. Eyni feyk Buçadadır", - Rusiya lideri vurğulayıb.

Şərhlər

t.ədalət 2022-04-12 18:38:34

Biz,Qarabağda və Bakıda törətdikləri qətliamlara görə rus ordusunun vəhşiliyinə yaxşı bələdik.Putin,sən get erməniləri aldat.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol