Menu

Azərbaycanda ödənişli xidmətlərdən büdcə daxilolmaları 44 % artıb

13.04.2022, 16:08
Azərbaycanda ödənişli xidmətlərdən büdcə daxilolmaları 44 % artıb

Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən dövlət büdcəsinə 165,1 milyon manat vəsait daxil olub

Bu barədə "Report"a Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6 % çoxdur.

Hesabat dövründə sair mənbələrdən isə büdcəyə 53,3 milyon manat vəsait daxil olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol