Menu

"Əsas hədəfimiz məcburi köçkünləri Qarabağda yerləşdirməkdir" - Fərid Şəfiyev

14.04.2022, 11:15
"Əsas hədəfimiz məcburi köçkünləri Qarabağda yerləşdirməkdir" - Fərid Şəfiyev

“Bu gün bizim əsas hədəfimiz məcburi köçkünləri Qarabağda və azad edilən digər yerlərdə yerləşdirməkdir. Biz yeni mərhələyə qədəm qoyuruq. Son günlər Ermənistan tərəfindən də müsbət reaksiyalar verilir”.

“Report”un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib.

“Ermənistan tərəfindən Azərbaycana vurulan maddi və mənəvi zərər haqqında biz daima danışmalıyıq. Təqdimatını etdiyimiz kitabda da bir çox vacib məsələlər öz əksini tapıb”, - o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol