Menu

Sarkisyan Paşinyan yalan danlşmaqda ittiham edib

14.04.2022, 12:35
Sarkisyan Paşinyan yalan danlşmaqda ittiham edib

Ermənistanın keçmiş prezidenti, uşaq qatili Serj Sarkisyan ölkənin baş naziri Nikol Paşinyanı Dağlıq Qarabağa dair danışıqlar prosesi barədə yalan danışmaqda ittiham edib: “Baş nazir postunu tutan şəxs parlamentin iclasında etdiyi çıxışda bir daha özünün yalançı və manipulyator mahiyyətini göstərdi. O yenə də yalan danışır və l cəmiyyəti manipulyasiya edir”.

Xatırladaq ki, Nikol Paşinyan aprelin 13-də parlamentdə etdiyi çıxışında demişdi ki, 1998-ci ildə birinci prezident Levon Ter-Petrosyanı Qarabağ probleminin mərhələli həlli variantına getmək istədiyinə görə devirən qüvvələr, 20 ildən sonra elə həmin nöqtəyə çataraq özlərindən sonra masa üzərində mərhələli, Paşinyanın təbiri ilə “hipermərhələli” variantı qoyun gedibblər.

Sarkisyan prezident olduğu vaxtlarda Qarabağ probleminin mərhələli həllinə dair danışıqlar aparmadığını deyib: “Baş nazir postunu tutan şəxs ya bu vaxtadək mərhələli həllə paket həlli arasındakı fərqi başa düşməyib, ya da əsas silahını – manipulyasiyanı işə salıb”.

Sarkisyan izah edib ki, paket həll bir gündə, bir saatda həyata keçirilə bilməz və onun özü üçün də mərhələlər lazımdır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol