Menu

Voleybol üzrə dünya çempionatında Rusiyanı Ukrayna millisi əvəzləyəcək

14.04.2022, 23:50
Voleybol üzrə dünya çempionatında Rusiyanı Ukrayna millisi əvəzləyəcək

Voleybol üzrə 2022-ci il dünya çempionatında Rusiya millisini Ukrayna yığması əvəzləyəcək. "Report" Ukrayna Voleybol Federasiyasının (FVU) rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı Beynəlxalq Voleybol Federasiyasından (FIVB) FVU-ya məktub daxil olub.

Bildirilib ki, ukraynalılar Serbiya, Puerto-Riko və Tunislə birlikdə A qrupunda çıxış edəcəklər.

Qeyd edək ki, dünya çempionatı 26 avqust - 11 sentyabrda Polşa və Sloveniyada təşkil olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol