Menu

Azərbaycanda nazirin birinci müavini vəfat etdi

15.04.2022, 10:33
Azərbaycanda nazirin birinci müavini  vəfat etdi

Maliyyə naziri Samir Şərifovun I müavini İlqar Fəti-zadə vəfat edib.

Bu barədə nazirlikdən bildirilib.

Qeyd edək ki, İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olub.

1992-ci ilin aprel ayında Maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

1999-cu ildən Maliyyə nazirinin birinci müavini idi.

Məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol