Menu

Şimali Makdeoniya Rusiyanın daha 6 diplomatını ölkədən çıxarır

15.04.2022, 14:50
Şimali Makdeoniya Rusiyanın daha 6 diplomatını ölkədən çıxarır

Şimali Makedoniya Rusiyanın daha 6 diplomatını "arzuolunmaz şəxs" elan edib.

APA xəbər verir ki, bu barədə Şimali Makedoniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün Rusiyanın ölkədəki səfiri Sergey Bazdnikin XİN-ə çağırılıb və ona səfirliyin 6 əməkdaşının "persona non grata" elan olunması ilə bağlı nota təqdim olunub.

Nazirlik bildirib ki, bu diplomatlar Diplomatik Münasibətlərlə bağlı Vyana Konvensiyasını pozub və onlar qarşıdakı beş gün ərzində ölkə ərazisini tərk etməlidirlər.

Xatırladaq ki, daha əvvəl Şimali Makedoniya Rusiyanın 5 diplomatını ölkədən xaric edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol