Menu

"İndiyədək Kiyev vilayətində 900-dən çox dinc sakinin meyiti tapılıb" - Polis rəisi

15.04.2022, 18:09
"İndiyədək Kiyev vilayətində 900-dən çox dinc sakinin meyiti tapılıb" - Polis rəisi

"Bu günədək Ukraynanın Kiyev vilayətinin azad edilən ərazilərində 900-dən çox dinc sakinin meyiti aşkarlanıb".

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Kiyev vilayəti Milli Polisi Baş İdarəsinin rəisi Andriy Nebitov aprelin 15-də keçirdiyi brifinqdə bildirib.

O, həmin meyitləri aşkarladıqdan sonra detallı araşdırılması üçün məhkəmə-tibbi ekspertizaya verdiklərini deyib.

A.Nebıtov vurğulayıb ki, Buça şəhərində isə Rusiya hərbçilərinin qətlə yetirdikləri 350-dən çox vətəndaşın meyiti çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol