Menu

"Moskva" kreyserinin komandiri həlak olub

15.04.2022, 18:19
"Moskva" kreyserinin komandiri həlak olub

"Moskva" kreyserinin komandiri həlak olub.

APA xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko "Telegram"da bildirib.

Onun sözlərinə görə, "Moskva" kreyserinin komandiri Anton Kuprin gəminin göyərtəsində baş verən partlayış zamanı ölüb.

Ukrayna tərəfi “Neptun” gəmi əleyhinə raket sistemləri ilə Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurduğunu bəyan edib.

Rusiya Müdafiə Nazirliyi Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyserinin batdığını təsdiqləyib.

““Moskva” kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğından gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb”, - Rusiya MN-in məlumatında bildirilib.

Şərhlər

"yasdayıq" 2022-04-15 20:28:04

gör ey nə boyda "faciə", "ağlayırıq"

vidadi 2022-04-15 20:15:16

izdox

vidadi 2022-04-15 19:55:12

geberib

Zanzibar 2022-04-15 18:26:49

Firtinani Ukraina edib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol