Menu

İtaliya aprelin 17-dən limanlarını Rusiya gəmiləri üçün bağlayır

16.04.2022, 18:29
İtaliya aprelin 17-dən limanlarını Rusiya gəmiləri üçün bağlayır

Aprelin 17-dən İtaliya limanları Rusiya gəmiləri üçün bağlanacaq.

Bu barədə bu gün “TGcom24” telekanalı xəbər verib.

Telejurnalistlərin iddia etdikləri kimi, bu informasiya İtaliya liman xidmətinin təsdiqlədiyi sənədlərlə təsdiqini tapır.

Qadağa 24 fevral 2022-ci ildən sonra başqa ölkələrin bayrağı altında üzən 3 Rusiya gəmisinə də aid olacaq.

Nəzərə alsaq ki, Rusiyanın yük gəmiləri artıq İtaliya ərazisindəki limanlarda dayanıb, onlar öz kommersiya fəaliyyətini başa vuran kimi bu limanları tərk edəcəklər.

Bundan əvvəl məlum olub ki, Rumıniya hakimiyyəti də aprelin 17-dən Rusiya bayrağı altında üzən gəmilərin öz limanlarına daxil olmasını qadağan edəcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol