Menu

İtkin düşənlərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir

17.04.2022, 10:26
İtkin düşənlərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir

Xəbərsiz itkin düşmüş və ya ölmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir.

APA xəbər verir ki, bu, Əmək Məcəlləsinin 74-cü maddəsinə təklif edilən yeni yarımbənddə əksini tapıb.

Layihəyə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında işçi xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə əmək müqaviləsinə xitam veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol