Menu

Ukrayna hərbçiləri Xarkovda bir neçə yaşayış məntəqəsini azad edib

17.04.2022, 22:12
Ukrayna hərbçiləri Xarkovda bir neçə yaşayış məntəqəsini azad edib

Ukrayna silahlı qüvvələri Xarkov vilayətində əks-hücum nəticəsində bir neçə yaşayış məntəqəsini azad edib.

“Report” UNİAN-a istinadla xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat verib.

Sinegubov deyib ki, Bazalievka, Lebyajye və Kutuzovkanın bir hissəsinə nəzarət bərpa edilib.

Əks-hücum zamanı Ukrayna hərbçiləri Malaya Roqan kəndi ərazisində daha da şərqə doğru irəliləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol