Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terrorçularına qarşı başlatdığı “Pəncə-Kilid” əməliyyatında 19 yaraqlı zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb

“Əməliyyat zamanı 4 qəhrəman yoldaşımız yaralanıb. Bütün lazımi tibbi yardım göstərilir. Terrorçular qaçmağa yerlərinin olmadığını, sonun yaxın olduğunu anlamalı və ədalətə təslim olmalıdırlar”, - məlumatda vurğulanıb.

***

Ötən gecə İraqın şimal bölgəsində başlatdığı “Pəncə-Kilid” əməliyyatının görüntüləri dərc olunub. Videogörüntüləri Türkiyə Milli Müdafiə Nazirliyinin saytında dərc olunub.

“Pəncə-Kilid” əməliyyatı planlaşdırıldığı kimi uğurla davam edir. Terrorçuların hədəfləri gecə boyu zərbələr endirilib, Bordo Berelilər və Komandoslar həm qurudan, həm də havadan hücum əməliyyatları ilə terrorçuların yuvalarına girib”, - məlumatda vurğulanıb.

***

Türkiyə İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pençe Kilit" əməliyyatına başladığını açıqlayıb.

Nazri əməliyyat çərçivəsində terrorçulara aid hədəflərin şiddətli atəşə tutulduğunu bildirib:

“Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”.