Menu

"Fənərbağça" xeyriyyə matçında Ukrayna klubuna qalib gəlib

19.04.2022, 20:11
"Fənərbağça" xeyriyyə matçında Ukrayna klubuna qalib gəlib

Türkiyənin "Fənərbağça" və Ukraynanın "Şaxtyor" (Donetsk) komandaları arasında xeyriyyə oyunu keçirilib.

"Report"un məlumatına görə, "Ülker" stadionunda baş tutan qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 26-cı dəqiqədə Enner Valensiya vurub.

Start fitindən öncə Ukraynadakı müharibə səbəbindən dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Qeyd edək ki, bilet satışından əldə edilən bütün gəlir müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol