Menu

“Fraksiya yaradılması nəzərdə tutulmayıb” - Vurğun Əyyub

04.11.2014, 15:30
“Fraksiya yaradılması nəzərdə tutulmayıb” - Vurğun Əyyub

Müsavat Partiyasının 27 sentyabr qurultayında başqan postuna namizəd olmuş və seçkinin rəsmi nəticəsindən narazı qalan Qubad İbadoğlu noyabrın 8-də öz tərəfdarları ilə görüş keçirəcək.

Görüş Müsavatın mərkəzi qərargahına təyin olunub.

Bir qrup müsavatçı Arif Hacılının başqan seçildiyi seçkiyə haram qatıldığını iddia edir, nəticələri tanımır.

Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub “Media forum” saytına bildirib ki, noyabrın 8-də Mərkəzi Nəzarət Təftiş Komissiyasının Qubad İbadoğlunun şikayətinə verdiyi rəy müzakirə olunacaq: “Müsavat Partiyasının düşdüyü vəziyyətdən çıxış yolları axtarılacaq”.

Mərkəzi Nəzarət Təftiş Komissiyası başqanlığa sabiq namizəd Qubad İbadoğlunun şikayətinə oktyabrın 30-da rəy verib. Qurultaya hazırlıq, seçki kampaniyası zamanı, seçki prosesi dövründə pozuntuların olmadığı qənaətinə gələn Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəyinə görə, çatışmazlıqlar qurultayın nəticələrinin legitimliyinə və demokratikliyinə təsir göstərməyib.

“Müsavat Partiyasında fraksiya yaradıla bilərmi” sualına Vurğun Əyyub “Fraksiya yaradılması nəzərdə tutulmayıb. Lakin 8 noyabr müzakirələrinin gedişindən çox şey asılıdır” deyə cavab verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol