Menu

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

20.04.2022, 13:45
Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının növbəti 20-ci iclası gələn həftə keçiriləcək.

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov jurnalistlərə bildirib.

Diplomatın sözlərinə görə, həmin iclasa hazırlıq müşavirəsi bu həftə keçiriləcək: “Tədbirin gündəliyi genişdir. Birgə fəaliyyət planımız var. İclas iştirakçıları əməkdaşlığın müxtəlif sahələrini müzakirə edəcəklər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol