Menu

"Bakıda oğul anasını qısqanclıq zəminində öldürüb" - Prokurorluq (Yenilənib)

20.04.2022, 17:30
"Bakıda oğul anasını qısqanclıq zəminində öldürüb" - Prokurorluq (Yenilənib)

Nizami Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan daxil olan məlumatda deyilir:

"Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

***

Bakıda oğul anasını qətlə yetirib.

"Report"un əldə etdiyi məlumata görə, 2007-ci il təvəllüdlü İdeal Məmmədzadə münaqişə zəminində anası Ülviyyə İsmayılovanı öldürüb.

Daha sonra İ.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda istintaq davam edir.

***

Bakıda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Neftçilər metrosunun yaxınlığında qeydə alınıb.

Oğulun küçədə anasını qətlə yetirdiyi bildirilir.

Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.

DİN-dən bildirilib ki, qətl törədən şəxs hadisə yerindən yayınsa da, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qatil isti izlərlə tutularaq istintaqa cəlb olunub.

Şərhlər

t.ədalət 2022-04-20 18:52:23

....!Tərbiyəsiz qadın cəmiyyətə ləkədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol