Menu

DİN Goranboy dəhşəti haqda məlumat yaydı

04.11.2014, 15:39
DİN Goranboy dəhşəti haqda məlumat yaydı

Bir ailənin 7 üzvünü öldürən şəxsin qardaşı intihar edib, atası ölüb

Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, bildirilib ki, noyabrın 3-də Goranboy rayonunun Safıkürd kəndində Afiq Hüseynovun yaşadığı evin həyətində özünü asıb.

Hadisə yerinə gəlmiş atası Müzəffər Hüseynovun isə infarktdan öldüyü qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində qeydə alınıb.

Rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

Ölənlərdən İ.Məmmədov 3 yaşlı olub.

R.Hüseynov könüllü olaraq Goranboy rayon polis şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

İlkin məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol