Menu

Türkiyə Azərbaycandakı komandolara təlim keçib

20.04.2022, 22:13
Türkiyə Azərbaycandakı komandolara təlim keçib

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlığı ölkəmizdəki quru qoşunların komandolarına təlim keçib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Azərbaycandakı Xüsusi Komandanlığının koordinasiyası ilə davam edən “Komandonun əsasları kursları” ilə “Dözümlülük təlimləri” çərçivəsində Azərbaycanın beş briqadasında “Uzun məsafəli müqavimət yürüşü” icra edilib.

Qeyd edək ki, keçirilən təlimin əsas məqsədi Azərbaycan Ordusunun Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol