İstanbulda Gənclər Fondunun binası yaxınlığında partlayış baş verib.
Bildirilir ki, hadisə yerində kustar üsulla hazırlanmış partlayıcı maddənin parçaları aşkarlanıb.
Partlayış zamanı ölən və ya yaralanan olmasa da, binaya ziyan dəyib.
Məsələ ilə bağlı İstanbul valiliyinin açıqlamasında qeyd olunub: “Hadisə yerində aparılan araşdırmada kustar üsulla düzəldilmiş saatlı bomba parçaları müəyyən edilib”. ( Haber Global)


Şərhlər