Menu

Makron Kiyevə səfər etməyə hazırdır

21.04.2022, 13:00
Makron Kiyevə səfər etməyə hazırdır

Fransa Prezidenti Emmanuel Makron Kiyevə səfər etməyə hazırdır. Lakin bu səfər həll baxımından tərəqqiyə töhfə verə biləcəyi zaman mümkün olacaq”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal bildirib.

O, bununla belə bu səfərin Makronun yenidən prezident seçilməsindən sonra ilk səfər olacağı ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-u baş tutub, ikinci turu isə aprelin 24-də keçiriləcək. DİN-in yekun məlumatına görə, Emmanuel Makron ilk turda seçicilərin 27,84%-nin səsini toplayıb. İkinci yerdə 23,15% səslə Marin Le Pen qərarlaşıb.

Bizim Facebook səhifəmizə abunə olun

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol