Menu

“”Azovstal” zavodu nahara qədər və ya sonra ələ keçiriləcək” - Kadırovun vədi

21.04.2022, 23:08
“”Azovstal” zavodu nahara qədər və ya sonra ələ keçiriləcək” - Kadırovun vədi

Çeçenistanın başçısı Ramzan Kadırov bəyan edib ki, Rusiya Federasiyasıın Silahlı qüvvələri gün ərzində Mariupolda «Azovstal» metallurgiya kombinatını ələ keçirəcək.

«Bu gün nahara qədər və ya nahardan sonra tamamilə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altında olacaq. Şər şey hazrdır, strategiya hazırdır, döyüşçülər hazırdır, yalnız vaxt lazımdır» - Kadırov özünün Teleqram- kanalındakı audiomüraciətində bəyan edib.

«Siz isə inanmırdınız. Bundan əvvəl təsim olmaq lazım idi» - Kadırov deyb. O, həm də əmin olduğunu bildirib ki, Rusiya Silahlı Qüvvələri həmişə yaxşı və vaxtında qərar qəbul edir.

Bu gün KİV-in yaydığı başqa bir xəbərdə isə deyilir ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya «Azovstal» şəhərciyinə hücumu dayandırmağı əmr edib: «Məqsədəuyğun deyil. Hərbçilərimizin həyatı daha qiymətlidir… Bu, yeraltı şəhərciyə soxulmaq lazım deyil».

Düşündürücüdür, dövlətin başçısı Vladimir Vladimiroviç «hücumu dayandırın, lazım deyil…» deyir, onun vassalı Ramzan Əhmədoviç isə əksini söyləyir və necə deyərlər, «özünün Roma papasından artıq katolik olduğunu göstərmək istəyir». İndi bilmək olmur ki, Vladimiroviç doğru deyir, yoxsa Əhmədoviç?

Bu yerdə bir atalar məsəli yada düşür: «Allah dəvəyə qanad versəydi, uçurmadığı dam qalmazdı».

AzPolitika.info

Şərhlər

vetendash 2022-04-22 10:36:59

Ahmad ve Ramzan Kadirovlar kreml toxumlariyla beslenmish mexluqlardir, Ahmadi 90-ci illerde qehreman cecen xalqi partladib tike-tike etdi, indi novbe ogul Kadirovdadir, Don Ramzan islam cilidine girmish Iblisdir, indi zaman onun eksine ishleyir, sebr edib onun sonunu gozleyek, yeqinki atasindan daha facieli olum gozleyir bu Iblisi.

Vətəndaş 2022-04-22 08:29:46

Çeçen xalqının üz qarasıdır Kadırovlar. Allah Cövhər Dudayevə rəhmət eləsin, məkanı cənnət olsun.

t.ədalət 2022-04-22 00:52:52

.Kadırovun ağası Putinə xidməti N.Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərindəki nökərləri kölgədə qoyur.Adam bu qədər özünü alçaldacaq işlərə qatlaşarmı?Dostoyevskinin "İdiot"unda qaça bilməsinlər deyə dizlərini bağlayıb ruslara qarşı döyüşən çeçenlərin ruhuna bir təhqirdir,bu.

Türk Turan 2022-04-21 23:29:41

Bu saxtakarların sözlərinə qətiyyən etibar etmək olmaz. Təbii ki, gorbagor jrinovski və xain kadırov kimilərin dediklərinə diqqət edilməlidir. Kreml daim həqiqəti bunların vasitəsi ilə dilə gətirir.

Tahir 2022-04-21 23:24:44

"Ayda ildə bir namaz, onu da həzrət Abbas qoymaz" Bu cındır hər ağzını açanda bir "quş" buraxmaqla hər dəfə rəzil olur. Görünən odur ki, bunun səviyyəsi dövlət məsələləri ilə tam tərs mütənasibdir. Boyunu yerə soxum ki, ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol