Menu

Türkiyə Ukraynadakı hadisələrdə dönüş yarada biləcək ölkənin adını çəkib - Çin

22.04.2022, 00:05
Türkiyə Ukraynadakı hadisələrdə dönüş yarada biləcək ölkənin adını çəkib - Çin

Çin - nəhəng gücdür ki, Ukraynada hadisələrin gedişini köklü şəkildə dəyişə bilər.

Bu fikri Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu səsləndirib.

Onun sözlərinə görə, Pekinin kiminsə tərəfində olmaq barədə qərarı bu qarşıdurmada Rusiya xüsusi əməliyyatında hadisələrin gedişini dəyişə bilər («CNN Türk»).

«Çin tez-tez Ukraynanın ərazi bütövlüyünün əhəmiyyətini qeyd edib və bildirib ki, qarşıdurma diplomatik yolla həll olunmalıdır» - Çavuşoğlu xatırladıb.

Nazir həm də qeyd edib ki, Çin şirkətləri anti-Rusiya sanksiyalarını pozmamaq üçün ehtiyatla davranırlar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol