Menu

“İşğalçılar gec-tez ölkəmizi tərk edəcəklər”- Volodimir Zelenski

22.04.2022, 17:26
“İşğalçılar gec-tez ölkəmizi tərk edəcəklər”- Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün xalqa növbəti dəfə müraciəti edib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Zelenski son günlər Rusiyanın bəzi uğurlardan danışmaq üçün əlindən gələni etdiyini deyib: “Bunların heç biri Rusiyaya kömək edə bilməyəcək. Ayın əvvəlində Rusiya qoşunlarını Kiyev ətrafından çıxardı və Ukraynanın şərqinə yığdı.

Bu həftə isə dəstəklədiyi separatçı qüvvələrin olduğu Donbas bölgəsindən hücuma keçdi. Rusiya bu hərəkətəri ilə məğlubiyyətlə üzləşəcəyi müharibənin uzanmasına nail ola bilər. İşğalçılar gec-tez ölkəmizi, xüsusən də Rusiyaya müqavimət göstərən Mariupol şəhərini tərk edəcəklər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol