Menu

Gürcüstanda təxribatçı ermənilər Türkiyə səfirliyinin yaxınlığına çatıb i - FOTOLAR

24.04.2022, 16:27
Gürcüstanda təxribatçı ermənilər Türkiyə səfirliyinin yaxınlığına çatıb i - FOTOLAR

Ermənilərin Tbilisidə keçirdiyi aksiya-yürüş Türkiyə səfirliyinin binası yaxınlığında davam edir.

“Report” xəbər verir ki, diplomatik korpusun binasına yaxınlaşan aksiyaçılar polisin göstərişi ilə vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində mövcud olmuş qondarma rejimin “bayraq”larını, üzərində Azərbaycan və Türkiyə əleyhinə yazılar olan plakatı yığışdırıblar.

Əraziyə cəlb olunan əlavə polis əməkdaşları səfirliyin ətrafında təhlükəsizlik tədbirlərini gücləndiriblər.

15:10

Tbilisidə uydurma “erməni soyqırımı”nın 107-cı ildönümünə həsr olunan aksiya Türkiəyinin Gürcüstandakı səfirliyinin binası istiqamətində yürüşlə davam etdirilir.

“Report” xəbər verir ki, yürüş iştirakçılarını müşayiət edən polis əməkdaşları öndə aparılan təxribatçı plakatın yığışdırılmasına göstəriş versə də, təşkilatçılar buna məhəl qoymayıblar.

Mərkəzi İlya Çavçavadze prospekti boyu addımlayan yürüşçülər Türkiyə əleyhinə şüarlar deyir, erməni dilində mahnılar səsləndirilir.

14:01

Gürcüstanın paytaxtı Tbilisi şəhərində qondarma “erməni soyqırımı”nın 107-cı ildönümünə həsr olunan aksiya keçirilir.

“Report” xəbər verir ki, Gürcüstanın erməni icmasının üzvlərinin təşkil etdiyi aksiya Filarmoniya binasının qarşısında başlayıb.

Ermənilər ötən il olduğu kimi bu il də Azərbaycan və Türkiyəyə qarşı təxribata əl atıblar. Belə ki, iştirakçılar Gürcüstan və Ermənistan bayraqları ilə yanaşı vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində yaradılmış separatçı rejimin “bayrağı”nı da tutublar.

Bununla yanaşı, Türkiyənin ən hündür dağı olan Ağrı dağın təsviri olduğu və ingilis dilində “Ararat Ermənistanın ən hündür dağıdır” sözlərinin yazıldığı plakat da qaldırılıb.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Aksiya Türkiyənin Gürcüstandakı səfirliyinin binasına qədər yürüşlə davam etdiriləcək.

Şərhlər

Eli 2022-04-24 17:08:33

Beşer tarixi ermeni kimi ikinci bir kinli alçaq ,qansuz,şexsiyyetsiz bir millet börmeyib.Dünta tarşxi müharibeler doyqurımlarla zengindir be şstenijen mğharibe axırdz Sülhle yekunlaşıb.Tekce son en böyük mğharibede almanlar 6 million yehudini soyqırıma meruz qoyublar, ancaq bu gün bu iki millet çox rahat birlikde yaşayırlar.Halbuki ermenilere qarşı bele bir soyqırım olmayıb.İndi bınlar qucaqlarında oturduqları milletelere arxayın olub dünyanı bir birine qatmaq isteyirler.Kökü kesilmeye layiq dilençi bir toplumdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol