Menu

Livanda gəmi faciəsi: Matəm elan edildi

24.04.2022, 18:11
Livanda gəmi faciəsi: Matəm elan edildi

Livanın baş naziri Nəcib Mikati aprelin 24-də Tripoli sahillərində suriyalı qaçqınların olduğu gəminin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə bazar ertəsi (25 aprel) ölkədə milli matəm elan edib.

Son məlumatlara görə, batmış gəmidən 48 nəfər xilas edilərək sahilə çıxarılıb. Doqquz nəfər isə suda boğularaq ölüb.

Tripoli limanının direktoru Əhməd Tamerin sözlərinə görə, tutumu 30 nəfər olan qayıq həddindən artıq yüklənib. Kiprə getməyə çalışan qaçqınların dəqiq sayı hələ müəyyən edilməyib.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Mənbə: rossaprimavera.ru

Şərhlər

Eli 2022-04-24 19:38:12

Göresen bu müselman dünyası ne vaxt birleşecek ,özlerine bir ağıllı başçı seçecekler,ts göresen ne vaxt bir ağıllı bir Kişi -Hökmdar,Prezident tapılacaq ki bu bedbext müselman ölkelerini bşr Bayraq altında birleşdirecek.Yeni bele bir “Möcüzenin” baş verme ehtimalı varmı göresen?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol