Menu

Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub

24.04.2022, 22:04
Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub. "Report"un məlumatına görə, turun son iki oyununda "Neftçi" səfərdə "Səbail"lə, "Zirə" isə "Sumqayıt"la qarşılaşıb. Hər iki görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"ASCO Arena"dakı görüşdə "ağ-qaralar"ın yeganə qolunu 71-ci dəqiqədə Tiaqo Bezerra vurub. Bu nəticədən sonra xallarını 47-yə çatdıran Samir Abasovun baş məşqçi olduğu komanda həm 2-ci pillədəki mövqeyini mğhkəmlədib, həm də sona 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edib. "Dənizçilər" 14 xalla sonuncu - 8-ci sırada qalıb.

Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan görüşdəki qolun müəllifi isə Davit Volkov olub. Gürcüstanlı hücumçu matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə fərqlənib. Bu qələbədən sonra "Zirə" 42 xalla 3-cü, "gənclik şəhəri" təmsilçisi isə 15 xalla 7-cidir.

Qeyd edək ki, turun açılış matçında "Qarabağ" Qəbələdə eyniadlı komandaya 2:0 hesablı qələbə ilə qalib gəlib. Digər matçda isə "Sabah" "Şamaxı"nı darmadağın edib - 5:1.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol