Menu

Makron Baydenin zənginə cavab vermədi

25.04.2022, 23:48
Makron Baydenin zənginə cavab vermədi

ABŞ prezidenti Co Bayden jurnalistlərə açıqlamasında bir gün əvvəl fransalı həmkarı Emmanuel Makrona zəng vurduğunu, lakin həmkarının seçkilərdəki qələbəsini qeyd etməklə məşğul olduğunu bildirib.

“Birincisi, Fransada keçirilən seçkiləri yüksək qiymətləndirirəm. İkincisi, dünən axşam Makronla danışmağa çalışdım. Ancaq onun köməkçiləri ilə danışa bildim. Özü isə Eyfel qülləsində qələbəsini qeyd edirdi”, - deyə Bayden vurğulayıb.

Xatırladaq ki, bazar günü Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Makron prezidentlik uğrunda ifrat sağçı Marin Le Penlə mübarizə aparıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, Makron 58,54%, Le Pen isə 41,46% səs toplayıb.(Mənbə: “RİA Novosti”)

Şərhlər

Elmira 2022-04-26 08:33:23

Makronla Li Pen bir bezin qırağıdırlar

Veteran 2022-04-26 00:20:52

Bu makron da deyəsən qudurdu

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol