Menu

“"Sputnik-Azərbaycan"ın fəaliyyəti dayandırılmalıdır” - Deputat

26.04.2022, 11:26
“"Sputnik-Azərbaycan"ın fəaliyyəti dayandırılmalıdır” - Deputat

“Dünyada iqtisadi böhran var və bu böhran Azərbaycana da təsir göstərir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, süni qiymət artımı çox ciddi problemə çevrilib:

“Bunun ölkəmizdə qarşısının alınması istiqamətində hökumət işlər görməlidir”.

Deputat xatırladıb ki, Rusiyada Azərbaycanın bir çox saytlarına girişə qadağa qoyulub:

“Azərbaycanda da “Sputnik-Azərbaycan" informasiya agentliyi fəaliyyət göstərir. Hesab edirəm ki, bu agentlik Azərbaycanda fəaliyyətini dayandırmalıdır. Mən bununla bağlı MEDİA və Mətbuat Şurasına müraciət edirəm ki, həmin agentliyin fəaliyyəti araşdırılsın”.

Şərhlər

t.ədalət 2022-04-26 14:56:38

"Sputnik Azərbaycanı" dayandırmaq üçün ilkin olaraq rus dili ifrazatını respublikada yasaqlamaq lazımdır.Evində,iş yerində xain rusların dilində danışanlarla Qarabağda bizi qıran rus hərbiçilərinin fərqi yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol