Menu

“Cənubi Qafqazda uzunmüddətli münaqişələr həll olunmayıb" - Pan Gi Mun

04.11.2014, 19:08
“Cənubi Qafqazda uzunmüddətli münaqişələr həll olunmayıb" - Pan Gi Mun

Pan Gi Mun: “Cənubi Qafqazda uzunmüddətli münaqişələr həll olunmayıb və bu, ATƏT və BMT-ni narahat edir”

BMT-nin baş katibi ATƏT Daimi Şurasında çıxış edib

Bakı. Zümrüd Paşayeva - APA. "Cənubi Qafqazda uzunmüddətli münaqişələr həll olunmayıb və bu, ATƏT və BMT-ni narahat edir". APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu sözləri BMT-nin baş katibi Pan Gi Mun bu gün ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında çıxışı zaman bildirib. “İnsanların həyatlarını yaxşılaşdırmaq bizim ortaq vəzifəmizdir. Sülh və inkişaf eyni medalyonun iki üzüdür. Əgər biz sabitlik və təhlükəsizlik istəyiriksə, davamlı inkişaf etməli və insan hüquqlarına hörmətlə yanaşmalıyıq”, - deyə o, söyləyib.

Baş katib Ukraynadakı münaqişəyə də toxunaraq bu ölkənin şərqində separatçıların keçirdiyi seçkini “uğursuz və inkişafa mane olan addım" adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol